Rəqsanənin əri İLK DƏFƏ efirdə: "İndi açım töküm hər şeyi?" - VİDEO
04 noyabr 2019 09:00 (UTC +04:00)

Rəqsanənin əri İLK DƏFƏ efirdə: "İndi açım töküm hər şeyi?" - VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəylə “Atv maqazin onlarla” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ilk dəfə efirdə qonaq olan ifaçının həyat yoldaşı tanışlıqları barədə danışıb: “Rəqsanə ilə 7 ildir ki, evliyik. İndi açım töküm hər şeyi? Hər zaman kənardan səhnə adamları başqa cür görsənir. Rəqsanə evdə tamam başqa adamdı. Onu ilk dəfə Moskvada toyda gördüm. İlk səhnəyə çıxan kimi, toy canlanmağa başladı. Bizim də nəsildə həmin ərəfələrdə xeyir iş olacaqdı. Qardaşım dedi ki, bəlkə bunu toya çağıraq? Dedim ki, get danış, gör nə deyir. Qardaşım onunla danışıb gəldi və mənə dedi ki, onlar qiymət baxımından çox göylə gedirlər. 13 min dollar istəmişdilər. Həmin toyu yaxşı apardı. Yəqin ki, o toydan toy tutmadı, amma məni tutdu, mən də onu. Toyu pulsuz apardı. Amma səhəri gün zəng elədi ki, bir paltar görmüşəm, onu mənə alın göndərin. Həmin libasın da 12 min dollar qiyməti var imiş”.

 

Fazil bəy bildirib ki, Rəqsanə üçün ev də tikdirib: “Onun üçün yeni ev tikdirmişəm. Evin içində hər şey var. Studiyası da. Təxminən 1200 metr ərazidə tikilən evdir. Həmin ev tanınmış müğənni Ceylonun evinin dizaynında tikilib”.

# 9583
avatar

Yalçın UĞUR

Oxşar yazılar