476
10:12
02 Noyabr 2019

10 mindən çox uşaq valideyninin birini itirib - SƏBƏB

2018-ci ildə rəsmi orqanlarda qeydə alınan boşanmalar nəticəsində ayrılan 8298 ailədə uşaqların yaşı 18 yaşadək olub. Boşanmalar nəticəsində 13842 uşaq valideynlərindən biri ilə yaşamaq məcburiyyətində qalıb.

Lent.az xəbər verir ki, 2018-ci ildə baş verən boşanmalar nəticəsində hər 100 boşanmaya düşən uşaqların ümumi sayı 167 olub.

Boşanan 3894 ailənin bir, 4404 ailənin iki və daha çox övladı olub. 6559 ailənin isə övladı olmayıb.

Qeyd edək ki, ötən il ümumillikdə boşanmaların sayı 14857 olub.