Könül Xasıyevanın konsertində nələr olacaq?
30 oktyabr 2019 13:49 (UTC +04:00)

Könül Xasıyevanın konsertində nələr olacaq?

Xalq artisti Könül Xasıyeva noyabrın 1-i və 2-də Heydər Əliyev Sarayında verəcəyi solo konsertinin hazırlıqlarını yekunlaşdırmaq üzrədir.

Lent.az-a açıqlama verən xanəndə  “Yaşamağa varmı güman?” adı altında baş tutacaq konsertində heç bir zaman demədiyi etirafları söyləyəcəyini bildirib. Xasıyeva əlavə edib ki, konsertində sevilən mahnılarını oxuyacaq.

Onu da əlavə edək ki, saat 19:00-da başlayacaq gecədə Əməkdar artistlər Cabir Abdullayev, Könül Kərimova, xanəndə Mirələm Mirələmov, Feyruz Səxavət, meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Rəqsanə İsmayılova, aşıqlar Əli Tapdıqoğlu, Samirə Əliyeva, Aşıq Zülfiiyyə də çıxış edəcək.

 

# 1517
avatar

Yalçın UĞUR

Oxşar yazılar