
Bu ölkədə hökumət istefaya göndərildi
Çilidə kütləvi aksiyalar fonunda Prezident Sebastyan Pinera bütün nazirlərdən istefa verməyi xahiş edib.
APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, Çili Prezidenti bildirib ki, yeni reallıq yaranıb.
S. Pinera vəziyyət imkan verərsə, fövqəladə vəziyyət rejimini də ləğv etmək niyyətində olduğunu açıqlayıb.
Latın Amerikasının ən stabil ölkələrindən sayılan Çilidə aksiyalar oktyabrın ortalarında başlayıb. Buna səbəb ictimai nəqliyyatda gediş haqlarının qaldırılması, iqtisadi durum və sosial problemlər olub. Aksiya sürətlə bütün ölkəni əhatə edib. Oktyabrın 25-də ölkənin bir neçə şəhərində milyondan çox insan aksiyalara qatılıb. Aksiyaçılar əməkhaqqı və pensiyaların qaldırılmasını, dərman vasitələrinin qiymətlərinin azaldılmasını, Konstitusiya islahatlarının keçirilməsini tələb ediblər. Sonradan bu tələblər sırasında dövlət başçısının istefası da yer alıb.
Qeyd edək ki, ilk günlər ayrı-ayrı aksiyalar zamanı yanğınlar törədilib, talançılıq hallarına rast gəlinib. Çili Prezidenti metroda gediş haqqının qaldırılması barədə qərarı ləğv etsə də, aksiyalar səngiməyib. Bir neçə gün sonra dövlət başçısı aksiyaçıların bir sıra tələblərinin əksini tapdığı tədbirlər paketini elan edib.
Aksiyalar zamanı Ən azı 19 nəfər ölüb, 585 nəfər yaralanıb, 3 min nəfər həbs edilib. Paytaxt Santyaqo və digər şəhərlərdə fövqəladə rejim vəziyyəti elan olunub.
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22