
Prezident Nikolas Maduro ilə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 25-də Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.
APA-nın xəbərinə görə, Prezident Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil oldunduğunu qeyd etdi və Prezident İlham Əliyevə bu Zirvə Görüşünə sədrliyinə görə minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Bandunq Prinsiplərinin dövlətlərarası münasibətlərdə mühüm rolu xüsusi qeyd olundu və bu prinsiplər əsasında Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulandı. Bandunq Prinsipləri, xüsusilə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və onların daxili işlərinə qarışılmamasının beynəlxalq münasibətlərin təməl prinsipləri olmasının vacibliyi bildirildi.
Söhbət zamanı, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsinin önəmi bildirildi.
Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35