7744
15:28
24 Oktyabr 2019

Azərbaycanda qasırğa gözlənilir? - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Lent.az -a verilən məlumata görə, Günəşin fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində orta səviyyədə olub, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunub. Ümumi maqnit sahəsi 3 – 4 nT intervalında dəyişib, Bz komponentində zəif kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 315 km/san-yə qədər azalıb. Phi bucağı əsasən mənfi sektorda qərarlaşıb.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Kosmik hava proqnozu – Proqnoz dövründə (14 - 16 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (14 - 16 oktyabr) normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (24 - 26 oktyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (24, 25 oktyabr) CH HSS effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (26 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə (24 - 26 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3), lakin qısa fasilələrlə CH HSS effektinin təsiri hesabına ilk iki gün ərzində fəal şərait (Kp=4) müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (14 oktyabr) 5 faizdən, qalan iki gün isə (25, 26 oktyabr) 1 faizdən aşağı qiymətləndirilir.