
Bakıda İLGİNC HADİSƏ: qadın qızları ilə birlikdə ərini və oğlunu döydü - TƏFƏRRÜAT - YENİLƏNİB
Ata və oğulun döyülmə hadisəsinin detalları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən şəxsi mübahisə zəminində baş verib.
Belə ki, Yusif Səlimovla bir müddət əvvəl boşandığı həyat yoldaşı arasında ev bölgüsü üstündə mübahisə düşüb. Mübahisə nəticəsində qadın öz qızları ilə əlbir olaraq, Yusif Səlimovu və onun oğlu Tofiq Səlimovu döyüblər. Onların ev bölgüsü məsələsinin məhkəmədə olduğu bildirilir. Faktla bağlı Nizami Rayon 24-cü Polis Bölməsində araşdırma davam edir. 1 saylı Kliniki Tibbi Mərkəzdən Lent.az-a bildirilib ki, Yusif Səlimov və Tofiq Səlimov yüngül bədən xəsarətləri ilə xəstəxanaya müraciət ediblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər iki şəxs evə buraxılıb.
****
10:46
Bakıda döyülmə baş verib.
APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində qeydə alınıb. Bakı sakinləri Yusif Səlimov və oğlu Tofiq Səlimov düyülmələri ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Y.Səlimovla oğlunu keçmiş həyat yoldaşı və iki qızı döyüb. İlkin məlumata görə, cütlük bir müddət əvvəl boşanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Abşeronda kişi evinin yanındakı quyuya düşdü
8 iyul 2025 , 18:18
Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39
Bakıda motokuryerlərin törətdikləri qəzaların ŞOK GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 15:13
Bakı aeroportunda ÖLÜM
8 iyul 2025 , 13:39
DTX-dan ƏMƏLİYYAT: müşahidə kameralarına kiberhücumlar olub
8 iyul 2025 , 12:41
Beyləqanda şadlıq sarayında ustalar yıxıldı, ölən var
8 iyul 2025 , 12:40Bakıda qadın saxlanıldı, evindən görün nələr tapıldı? - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 12:25Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO
8 iyul 2025 , 11:57