FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi
22 oktyabr 2019 16:18 (UTC +04:00)

FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi

 
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti neft və neft emalı sənayesi müəssisələrində yanğından mühafizə işinin daha da etibarlı təmin olunması üçün oktyabrın 21-də Heydər Əliyev adına Neft Emalı Zavodunun 3 nömrəli istehsalatının 201 saylı əmtəə parkında "Neft məhsulları saxlanılan çənlərdə yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.  
 
FHN-dən Lent.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd çənlərdə yanğın baş verdikdə texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətə yönəldilməsini, yüksək saylı çağırışla vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanmasını, yerləşdirilməsini və onların idarə olunmasını, əməliyyat sənədlərinin aparılmasını, yanğın zamanı rabitə və arxa sahənin təşkil olunmasını, yanğınsöndürmə növbələrinin rəis və onların köməkçilərinin yanğın söndürərkən onlara tabe olan şəxsi heyətlə  döyüş əməliyyatlarının aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmələrini, yanğının söndürülməsinə cəlb olunan şəxsi heyətin ekstremal şəraitlərdə yanğınların söndürülməsi vərdişlərini və döyüş hərəkətlərınin aparılması qaydalarnı, obyektdə xidmət edən operatorların yanğın zamanı ilkin hərəkətlərini məşq etdirmək olub.
 
İri və mürəkkəb yanğınların söndürülməsi zamanı qüvvə və vasitələrin idarə edilməsi üzrə taktiki təfəkkürün və əməli vərdişlərin təkmilləşdirilməsi məqsədi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda keçirilən yanğın-taktiki təlimdə qarşıya qoyulan vəzifə vaxtında yerinə yetirilib.
 
Təlimdən sonra yanğın-taktiki təlimi yekunlaşdıraraq əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyətini, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyini və nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları və yol verilmiş nöqsanlar müzakirə edilib, onların gələcəkdə təkrar olunmaması üçün müvafiq tapşırıqlar verilib.
 
 
# 537
avatar

Oxşar yazılar