"Altı dəfə boşandım,  amma..."  - Seda Sayan münasibətlərin qırmızı xəttini  AÇIQLADI
02 iyun 2026 19:07 (UTC +04:00)

"Altı dəfə boşandım, amma..." - Seda Sayan münasibətlərin qırmızı xəttini AÇIQLADI

0

Seda Sayan qadın-kişi münasibətləri və evlilik barədə diqqət çəkən açıqlamalar verib. Qadınların mütləq iqtisadi müstəqilliyə sahib olmasının vacibliyini vurğulayan sənətçi, evdəki kişi obrazı ilə bağlı sərt fikirlər səsləndirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əvvəlki evliliklərinə toxunan sənətçi altı dəfə boşansa da, bunun heç birinin maddi problemlərə görə olmadığını söyləyib. 

“İnsan hər şeyi birlikdə paylaşırsa, pul niyə ayrılıq səbəbi olsun? Mən altı dəfə boşanmışam, amma heç biri pula görə olmayıb. İnsanın özünəinamı və həyatda duruşu daha vacibdir. İşləmək məcburiyyətindəsiniz. Mən gözümü açandan işləyirəm, indi də işləyirəm və bundan zövq alıram. Öz pulunuzu qazanın, heç kimin cibinə baxmayın. O zaman insanın qəlbi və xarakteri daha vacib olur”, - o bildirib.

Seda Sayan qadınlara iqtisadi müstəqilliklə bağlı çağırış edərək hər kəsin öz həyatının sahibi olması lazım olduğunu vurğulayıb.

Məşhur ifaçı proqram zamanı kişi obrazı ilə bağlı fikirlərini də açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, gün ərzində evdə fəaliyyətsiz oturan kişiləri qəbul etmir:

“Yatan kişidən xoşum gəlmir. Kişi səhər durub evdən çıxmalı, axşam qayıtmalıdır. İşi olmasa da, hətta pensiyada olsa belə, evdən çıxmalıdır. Evdə divan yastığı kimi oturmamalıdır”, - Seda Sayan bildirib.

Sənətçinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir qrup istifadəçi onun qadınların maliyyə müstəqilliyi ilə bağlı çağırışlarını dəstəkləsə də, bəziləri kişi və qadın rolları ilə bağlı səsləndirdiyi fikirləri mübahisəli hesab edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar