
FHN dərəyə düşən şəxsin meyitini tapdı - YENİLƏNİB

Qusar rayonunun Quxur kəndi ərazisində mürəkkəb relyefli yüksək dağ massivində aparılan axtarış-əməliyyat tədbirləri başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilənb məlumata görə, S.Sərxanovun meyiti Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən çətin keçilən ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
11:34
Qusarda dərəyə düşən şəxsin meyiti tapılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun cəsədi Kuruq kəndinin dərəsi adlanan yerdə aşkarlanıb.
Ərazi sərt qayalıqdan ibarət olduğu üçün onun meyitinin çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.
***
Saat 11:24
Qusar rayonunun Buğur kəndi ərazisində bir nəfər yıxılaraq dərəyə düşüb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, oktyabrın 21-də saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.
Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Oxşar yazılar

Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26
Ötən il qaçırılan avtomobillərin sayı AÇIQLANDI
21 yanvar 2021 , 17:42
Vətən müharibəsində yaralanan qazimiz bu gün şəhid oldu
21 yanvar 2021 , 17:24
Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
21 yanvar 2021 , 15:56
Ötən il hərbi cinayətlər azalıb - Xanlar Vəliyev
21 yanvar 2021 , 15:51