NASA Ay və Mars üçün kosmik geyimlər təqdim etdi - FOTO
21 oktyabr 2019 19:52 (UTC +04:00)

NASA Ay və Mars üçün kosmik geyimlər təqdim etdi - FOTO

Bir müddət bundan öncə NASA agentliyi yeni kosmik skafandrın hazırlanması sifarişini vermişdi. Qısa müddətdə isə agentlik 2 yeni skafandr modelini təqdim etdi.
 
Lent.az "technote"a istinadla xəbər verir ki, həmin skafandrlardan Orion kosmik gəmisinin Aya uçuşu zamanı istifadə edilməsi planlaşdırılır.
 
Birinci skafandr kosmik gəmidə işlər üçün, ikincisi isə Ay və ya Mars səthindəki işlər üçün nəzərdə tutulub. Yeni skafandr modelləri eyni anda həm qadınlar həm də kişilər üçün universal olacaqlar. Qeyd etmək lazımdır ki, Orion missiyası çərçivəsində Ay səthinə ilk dəfə qadın astronavt ayaq basacaq. NASA agentliyi bildirib ki, keçən əsr Aya ilk səyahət etmiş astronavtlar Ay səthində sıçrayışlar vasitəsilə hərəkət edirdilər.
 
Yeni skafandrlar vasitəsilə isə astronavtlar Ay səthində Yer kürəsində olduğu kimi hərəkət edə biləcəklər. xEMU modelinin əsas özəlliklərindən biri də odur ki, o, sonsuz dərəcədə karbon qazının udulmasını reallaşdıra bilir. Bu, yeni sistem vasitəsilə mümkün olub. Həmin sistem ilk öncə karbon qazını udur və daha sonra onu vakuuma buraxır. Yeni skafandr modellərinin daha bir özəllikləri də ondan ibarətdir ki, onlar 6 sutka ərzində astronavtların həyat təminatlarını mümkün edirlər. Bu halda astronavtların Yer kürəsinə qayıtma şansları daha da yüksəlir.
# 737
avatar

Oxşar yazılar