
İlham Əliyev: “İctimai nəzarət daha da güclü olmalıdır”
“Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər: “Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.
Oxşar yazılar

Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57
Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
2 iyul 2025 , 10:53
Yekaterinburqda baş verənlərlə bağlı cinayətkar cəzasını alacaq - RƏSMİ
2 iyul 2025 , 10:42
Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda niyə istintaq aparıldı? - SƏBƏB
2 iyul 2025 , 10:36
Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub - RƏSMİ
2 iyul 2025 , 10:33
Azərbaycanla İran sərhədi pozuldu - 10 kilodan çox narkotik
2 iyul 2025 , 10:31
Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28