
Füzulinin bu kəndində mina tapıldı
Oktyabrın 14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Lent.az-a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları həmin ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minanın ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar yazılar

Serial təcavüzkar və qatil 57 ildən sonra həbs edildi
1 iyul 2025 , 15:13
Azər Zahid ev dustaqlığına buraxıldı
1 iyul 2025 , 14:58Kinostudiyadakı partlayışla bağlı birgə MƏLUMAT
1 iyul 2025 , 14:52“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı, həbs edilənlər var - RƏSMİ
1 iyul 2025 , 14:15
Şirvan kanalında batan 91 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 13:53
Yekaterinburqdakı azərbaycanlıların öldürülməsi və işgəncəyə məruz qalmaları ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
1 iyul 2025 , 12:55
Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -FOTOLENT -VİDEO
1 iyul 2025 , 12:53
Yekaterinburqda öldürülən Ziyəddinin qabırğalarından biri tapılmayıb - RƏSMİ
1 iyul 2025 , 11:51