Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB
14 oktyabr 2019 10:43 (UTC +04:00)

Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB

 
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq. 
 
Bu barədə APA-ya mərhumun qardaşı oğlu Salam Məmmədəliyev məlumat verib.

***

10:07

Bu gün Bakı Dövlət Universitetində (BDU) tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək.

Bu barədə Lent.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, mərasim saat 13:00-da başlayacaq və iki saat davam edəcək.
 
Xatırladaq ki, V.Məmmədəliyev dünən uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib.
 
Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.
 
V.Məmmədəliyev "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.

 

# 1185
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar