468
13:21
12 Oktyabr 2019

Sabah bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

Oktyabrın 13-ü axşam saatlarından etibarən akademik Şəfaət Mehdiyev küçəsinin general Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən APA -ya verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.