
Azərbaycanda yaradılan sənaye parklarının sayı AÇIQLANDI
“Azərbaycanda sənayeləşmə çox sürətlə gedir. Artıq dövlət başçısının müvafiq qərarları ilə Azərbaycanda 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb”.
APA-nın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyi sənaye zonalarında sahibkarların fəaliyyətinin təşkil olunmasında çox maraqlıdır: “Sənaye zonalarının idarəçiliyi, bu zonalarda sənaye fəaliyyətinin səmərəliliyi, enerji effektivliyinin təmin olunması qarşıda duran mühüm vəzifələrdəndir. Məhz bu istiqamətdə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türk Standartlar İnstitutu ilə çox uğurlu əməkdaşlıq həyata keçiririk”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda sənayeləşmə ilə bağlı tədbirlərin keçirilməsində, sənaye zonalarının qurulmasında Türkiyə tərəfinin böyük töhfəsi olub: “İlk növbədə Türkiyədə təcrübəsini öyrənib, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri və prioritetlərini nəzərə almaqla, bu işləri uğurla həyata keçiririk. Rəqabətliliyin artırılmasında, dünya bazarlarına hər iki ölkənin məhsulunun çıxarılmasında beynəlxalq standartların çox böyük rolu var. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq strukturlar yaradılmalıdır”.
Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30