
AFFA bu məşqçiləri CƏZALANDIRDI - SƏBƏB
AFFA-nın İntizam Komitəsi Azərbaycan çempionatının oyunlarında baş verən xoşagəlməz hadisələrlə bağlı qərarlarını açıqlayıb.
APA-nın məlumatına görə, yaşananların günahkarları qurum tərəfindən cəzalandırılıb.
U-15 Liqasının “Qarabağ” – “İsgəndər Cavadov BFA” matçın qonaqların baş məşqçisi Elşən Ələskərov hakimi təhqir etdiyinə görə 5 oyun cəza alıb. Paytaxt təmsilçisi meydanı özbaşına tərk etdiyinə görə kluba texniki məğlubiyyət verilib, lakin hesab olduğu kimi (1:7) saxlanılıb.
U-14 Liqasının UGİM (Ağdam) – UGİM (Beylaqan) matçında da eyni hal təkrarlanıb. Burada Beyləqan futbolçuları 65-ci dəqiqədə meydanı tərk etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıblar.
U-14 Liqasının “Bahar Gİİ” (Beylaqan) – UGİM (Ağcabədi) matçında komandaların baş məşqçiləri müvafiq olaraq Xudaverdi Tumasov və Namiq Quliyev bir-birilərinə təhqiramiz ifadələr işlədiblər. Hər iki məşqçi 3 oyunluq diskvalifikasiya olunub.
U-13 Liqasının “Keşlə” – “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Xəyyam Bəkirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəza alıb.
U-17 Liqasının “İsgəndər Cavadov BFA” – “Qarabağ” görüşünün 77-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Əmrah İbadov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun diskvalifikasiya edilib.
U-13 Qızlar Liqasının, “Zaqatala” – “Balakən” qarşılaşmasında meydanı tərk etdiyinə görə birincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni liqanın “8 №-li RİOEUGİM”ə qarşı oyununda “Fidan”ın məşqçisi Yavər Rəhimov rəqib komandanın futbolçusunu təhqir etdiyinə görə 3 oyun cəzalanıb.
Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12