Bu müğənni də "Maşın" şoudan uzaqlaşdırıldı - <span style="color:red;">FOTO
04 oktyabr 2019 09:15 (UTC +04:00)

Bu müğənni də "Maşın" şoudan uzaqlaşdırıldı - FOTO

"Maşın” şounun 18-ci buraxılışının 2-ci günündə səs verməyə müğənni Fuad Musayev çıxarılıb. Lent.az-ın məlumatına görə, ifaçı oyunda qalacağı təqdirdə həmkarı Ayan Babakişiyevanı çıxaracağını bildirib. Veriliş boyunca iştirakçılar arasında söz savaşı yaşanıb.

Nəticədə 16,92 faiz səslə Fuad Musayev şoudan uzaqlaşıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov, reper Qurd davam etdirir.

# 2319
avatar

Yalçın UĞUR

Oxşar yazılar