Ofisinizi belə dekorasiya etsəniz...
03 oktyabr 2019 19:43 (UTC +04:00)

Ofisinizi belə dekorasiya etsəniz...

Lent.az -da "Evimizi bəzəyək" layihəsində növbəti yazımızı təqdim edirik.
 
Ofis dekorasiyası ev dizaynından daha çətindir. Sizə təqdim etdiyimiz tövsiyələrlə ofisinizi daha rahat dekorasiya edə bilərsiniz. 
 
Demək olar ki, həftənin çox gününü keçirdiyiniz iş otağınızın ürəyinizcə olması üçün mütəxəssislərin bəzi məsləhətlərini sizə təqdim edəcəyik.
 
Öncə qeyd edək ki, ofis masanızda sizə lazım olan vacib əşyaları yerləşdirmək lazımdır.
 
Məsələn, kompüter, dəftər, qələmdan və rəng qatmaq üçün kiçik bir kaktus, yaxud fotoşəkil çərçivəsi ilə sadə və orijinal bir dekorasiya əldə edə bilərsiniz.
 
Bundan başqa, iş otağınızda əhvalınıza xoş təsir bağışlayacaq sevdiyiniz rənglərdən ibarət tablolar, yaxud gördüyünüz zaman sizə xoşbəxtlik bəxş edəcək sevdiyiniz insanlara məxsus fotolar yerləşdirə bilərsiniz.
 
# 879
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar