Ağasəlim Çıldağın "oğlu"nun xaçlı<span style="color:red;"> FOTOLARI : <span style="color:red;">hamı bundan danışır
26 sentyabr 2019 15:01 (UTC +04:00)

Ağasəlim Çıldağın "oğlu"nun xaçlı FOTOLARI: hamı bundan danışır

Mərhum meyxanaçı Ağasəlim Çıldağın oğlu kimi təqdim olunan Yusifin (Josef Lokon) sosial şəbəkədə yeni şəkilləri paylaşılıb. Lent.az-ın məlumatına görə, İsveçdə yaşayan məşhurun oğlu tatu ustasıdır. Josef sosial şəbəkədə ona ünvanlanan “Ağasəlimin oğlusunuz?” sualını cavabsız qoyub. Tatu ustası bu suallardan sonra səhifəsini qapalı profil edib. 

 

Axşam.az-ın əməkdaşları məsələ ilə bağlı A.Çıldağın bacısı oğlu, meyxanaçı Ağamirzə ilə əlaqə saxlayıb. Telefona özünü onun qardaşı kimi qələmə verən şəxs “Biz bu məsələ ilə bağlı heç nə bilmirik” deyə, cavab verib.
 
Meyxanaçının digər qohumları isə bu mövzudan uzaq qalmaq istəyiblər. 
 
Qeyd edək ki, A.Çıldaq 2008-ci ildə dünyasını dəyişib. Josef dünyaya gələndə onun 62 yaşı olub.
 
Josefin Ağasəlimin oğlu olması barədə xəbər yayan Maraqlı.TV adlı instaqram səhifəsinin şəxsi mesaj yerinə tatu ustası özü də mesaj yazıb. O bildirib ki, meyxanaçının oğlu deyil: “Salam, siz bu gün mənim şəklimi paylaşmısız. Kim sizə dedi ki, mən Ağasəlimin oğluyam? Bu, doğru deyil”. 
 
Xatırladaq ki, A.Çıldaq 2008-ci ildə dünyasını dəyişib. 

 

 

 

# 13636
avatar

Oxşar yazılar