Çox maraqlı bir keks növü - "CUPCAKE" - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
26 sentyabr 2019 15:35 (UTC +04:00)

Çox maraqlı bir keks növü - "CUPCAKE" - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “BİS-DUS Babayeva Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla "cupcake"nin resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
4 yumurta, 1 stəkan şəkər tozu, 2 stəkan un, ½ stəkan bitki yağı, ½ stəkan süd, vanilin, qabartma tozu, kakao.
 
Krem üçün: 1 paket krem şanti, 1 stəkan süd, 1 paket qaymaq, 1/2 stəkan şəkər pudrası, kakao
 
Hazırlanma qaydası:
 
Yumurta ilə şəkər tozunu qaba əlavə edib mikserlə çalırıq. Südü və yağı tökürük, bir az qarışdırıb, vanili və qabartma tozunu əlavə edirik. Unu töküb xəmiri hazırlayırıq. Sonra digər qabda kakaonu südlə qatıb, hər iki qarışımı capcakeni bişirəcəyimiz qaba əlavə edirik. Üzərilərinə şokolad parçası düzüb sobaya yerləşdiririk. Şirniyyat bişdikdən sonra soyudub krem hazırlayırıq.
 
Krem üçün qaba südü və krem şantini əlavə edib ağarana kimi qarışdırırıq. Sonra 15 dəqiqə soyuducuda saxlayırıq. Digər qaba, qaymağı, şəkər pudrasını əlavə edib çalırıq və hazırladığımız krem şanti ilə qarışdırıb krem halına gətiririk. Hazırladığımız kremin yarısına kakao əlavə edirik. "Cupcake"lər soyuduqdan sonra kremlə üzərini bəzəyirik. 2 saat soyuducuda saxlayıb servis edirik.
 
Nuş olsun! 

# 947
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar