
® Beynəlxalq Bankla bu mərkəz arasında memorandum imzalandı
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən “Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər” mövzusunda ekonoton zamanı Azərbaycan Beynəlxalq Bankı ilə Mərkəz arasında Anlaşma Memorandumu imzalanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, belə bir əməkdaşlıq ölkəmizdəki sahibkarlıq subyektlərinin ixrac imkanlarının artırılmasına, bu sahədə innovativ inkişafa, elektron ticarətin genişlənməsinə, maliyyə resurslarına çıxış imkanlarının artmasına kömək göstərəcək:
“Azərbaycan bu sahələrdə çox böyük potensiala malikdir. Bu potensialın reallaşdırılmasından ötrü ayrı-ayrı istiqamətlərdə fəaliyyətlərin əlaqələndirilməsi
zərurəti var. Azərbaycan Beynəlxalq Bankı ilə çoxşaxəli əməkdaşlığı nəzərdə tutan memorandum da bu məqsədə xidmət edir”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu gün ölkəmizdə aparılan iqtisadi islahatların monitorinqi, ixracın dəstəklənməsi sahəsində reallaşdırdığı layihələrin bank üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Mərkəzlə əməkdaşlıq çərçivəsində xüsusən ixracla məşğul olan müştərilərimiz arasında bu sahədə təlim və maarifləndirmə işləri aparılacaq. Bu əməkdaşlıq bir sıra innovativ bank məhsul və xidmətlərinin yaradılmasına imkan verəcək. Mərkəzlə birgə marketinq tədqiqatlarının aparılmasına, faydalı məlumat mübadiləsinə şərait yaradacaq.
Eyni zamanda, fərdi sahibkarlar arasında nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə birgə layihələrin icrasına da kömək göstərəcək”.
İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış, startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların startaplara investisiya qoyuluşuna təşviqi və s. mövzular ətrafında geniş müzakirələr aparılıb.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06