Goranboyda 16 yaşlı qızı qaçıran şəxslər tutuldu -<span style="color:red;"> FOTO  - <span style="color:red;">YENİLƏNİB
25 sentyabr 2019 03:24 (UTC +04:00)

Goranboyda 16 yaşlı qızı qaçıran şəxslər tutuldu - FOTO - YENİLƏNİB

 
 
Goranboy Rayon Polis Şöbəsinin  əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyevin yeri Gəncə şəhərində müəyyən edilib.
 
APA-nın yerli bürosnun məlumatına görə, dərhal əməliyyat qrupu həmin yerə cəlb olunub. İlqar Mehdiyev tutularaq rayon polis şöbəsinə gətrilib. 16 yaşlı qızın isə vəziyyətinin normal olduğu bildirilir. Qızın yaxınların bildirliblər ki, övladları sabah onlara qaytarılacaq.
 
 
****
 
12:00
 
Sentyabr 17-də Goranboyda 16 yaşlı qızın qaçırılmasında istifadə olun avtomobil və sürücü saxlanılıb.
 
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yaşlı qızın qaçırılmasında iştirak edən, rayon sakini Bayramov İlqar Ələmşah oğlu idarə etdiyi “Mercedes” markalı, 22 BH 414 dövlət nömrə nişanlı avtomobilə ilə birlikdə saxlanılıb.
 
Hazırda yeniyetmə qızı qaçıran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.  
 
Qeyd edək ki, məlum hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Kənd sakini olan 16 yaşlı qız həmkəndliləri tərəfindən qaçırılıb.
 
Məlumata görə, yeniyetmə qızı fiziki qüsurlu şəxslə evləndirmək məqsədi ilə qaçırıblar.
# 2554
avatar

Oxşar yazılar