
10 yaşlı Anjelina fərdi təhsilə cəlb edildi - FOTOLENT
"Raskopa Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub".
Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov məlumat verib. O bildirib ki, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelina məktəbli ləvazimatları və çanta ilə təmin edib:
"Məktəbliyə yeni dərsliklər də verilib. Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünə inamının artırılması üçün onunla xüsusi məşğul olacaq.
Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur”.
Xatırladaq ki, yerli mediada Anjela və atası İlqar Vasilyeviçin gündəlik xərcləri səbəbindən zibil yığması ilə bağlı reportaj yayımlanmış və müzakirələrə səbəb olmuşdu.
Oxşar yazılar

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10