
"Ali məktəblərdə dərslik problemi var" - Komitə sədri
“Ali məktəblərdə dərsliklərlə bağlı problemlər var”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, hazırda ali məktəblərdə dərsliklərin yaradılması istiqamətində fəallıq müşahidə olunmur: “Xüsusən tətbiqi, dəqiq və təbiət elmləri sahəsində hələ də tərcümə olunan dərsliklərdən istifadə edilir. Bəzən də tərcümə edilmiş bu dərsliklər köhnəlmiş olur. Ona görə də ali məktəb dərsliklərinin hazırlanmasına diqqət yönəltmək aktual məsələdir”.
İ.Həbibbəyli deyib ki, dərslik problemi ali məktəblərin həm bakalavr, həm də magistratura pillələri üçün mövcuddur: “Bakalavr pilləsi üçün dərsliklərin yenilənməsinə ehtiyac olsa da, ortada bir baza var. Magistratura üçün isə dərsliklərin yaradılması prosesi çox ləng gedir. Bəzən magistraturada müəyyən olunmuş fənlər üçün elə bakalavrda keçirilən dərsliklər tətbiq olunur. Hətta magistraturanın tədris proqramının özü yenilənməlidir. Magistraturanın tədris proqramları bakalavrdan az fərqlənir. Müəllimlər də deyirlər ki, bakalavrda keçdikləri fənləri magistraturada dərinləşmiş şəkildə keçirlər”.
Komitə sədri bu problem barədə Təhsil Nazirliyinin də məlumatlı olduğunu nəzərə çatdırıb: “Bir neçə ay əvvəl Bakı Dövlət Universitetində keçirilən iclasda Təhsil naziri Ceyhun Bayramovun təklifi ilə magistratura üçün dərsliklərin hazırlanmasının təhsilin prioritet istiqamətlərdən biri kimi qəbul edilməsi təklif olundu. Hesab edirəm ki, bu ildən bu istiqamətdə tərpəniş, irəliləyiş hiss olunacaq”.
Oxşar yazılar

Sumqayıtda kürəkən qayınatasını küçədə öldürdü
12 iyul 2025 , 04:40
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Yevlaxda DƏHŞƏT: Ögey qardaşını öldürdü
12 iyul 2025 , 01:28
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48