Maşın bazarındakı <span style="color:red;">REAL QİYMƏTLƏR:  Ən çox satılan maşınlar bunlardır
23 sentyabr 2019 11:30 (UTC +04:00)

Maşın bazarındakı REAL QİYMƏTLƏR: Ən çox satılan maşınlar bunlardır

 
Bakının Babək prospektindəki maşın bazarı artıq belə demək mümkünsə, dəbdən düşmüş hesab edilsə də, sürücülər, avtomobil sahibləri ehtiyat hissələri almaq üçün hələ də buraya üz tuturlar. Biz də alıcı olmasaq da, həmin maşın bazarına gedib alış-veriş olub-olmadığını öyrənmək istədik. Məsələn, təkər satanlar alver edə bilirmi? 
 
Satıcı və sahibkarlarla həmsöhbət olduq. Söhbət əsnasında bir çox məsələlərə aydınlıq gətirə bildik. Məsələn, sahibkarlar hansı ölkələrdən rahat, hansı ölkələrdən çətinliklə təkər gətirə bilirlər? Məlum oldu ki, sahibkarların bu məsələdə yüksək qiymət verdiyi yer Birləşmiş Ərəb Əmirliyi, daha dəqiqi Dubaydır. Təkər alverçiləri məhz bu şəhərdə istədikləri markanın istədikləri sayda məhsulunu əldə edə bilirlər. Həmişə alver üçün rahat olan Çin təkərlərinə gəldikdə, heç də sərfəli deyilmiş.
 
Sahibkarlar hazırda satdıqları məhsulların əsasən Koreya, Yaponiya, Almaniya və Rusiya istehsalı olduğunu bildiriblər. Onların dediklərinə görə, elə ən çox satılan mallar da bu ölkələrdən gətirilir.
 
“İndi necə, alverdən razısınızmı” sualına satıcılardan biri belə cavab verdi:
 
- Hələ ki alver zəifdir. Gələn aydan güclənməlidir. Həmişə belədir. Bu vaxtlar alver zəif olur.
 
Bu bazarda sürücülərin yay-qış fəsilləri üçün təkərlərə önəm verib-vermədikləri ilə də maraqlandır. Aldığımız cavablardan məlum oldu ki, sürücülər get-gedə bu cür məsələlərə önəm verməyə başlayıb. Satıcılardan biri dedi:
 
-- Əvvəl elə şeyə fikir vermirdilər. Gəlib təzə təkər alıb gedirdilər. Ancaq indi fikir verirlər.
 
Yaxınlıqda işlənmiş təkər bazarı da var. Orada da fərqli mənzərənin şahidi olmadıq. Satıcılar arasında günəşdən qorunmaq üçün çətirlərin altında oturub çay içən də, müştəri gözləməkdən yorulub yatan da vardı. İşlənmiş təkər bazarında alverin, ümumiyyətlə, zəif olduğunu öyrəndik.
 
Təkər bazarındakı mövcud durumdan müəyyən qədər xəbərdar olduqdan sonra ehtiyat hissələr satılan və usta-təmir sexlərinin olduğu əraziyə də baş çəkdik. Burada durum bir az fərqli idi. Bazara daxil olan maşınların ardı-arası kəsilmirdi. Kimisi maşın təmir etdirir, kimisi əlavə funksiyalar qoşur, kimisi də bəzək-düzək materialları alırdı. Burada “Mercedes”, “Opel”, “BMW”, sovet istehsalı olan və digər avtomobillərə daha çox rast gəldik. Buna səbəb isə bazarda həmin markalardan olan avtomobillərin ehtiyat hissələrinin və təmir ustalarının çox olmasıdır. 
 
Azərbaycana xaricdən ildə nə qədər təzə və işlənmiş avtomobil gətirildiyini bilmirik. Amma bu bazara baş çəkəndən sonra belə qənaətə gəlmək olur ki, insanların çoxunun təzə avtomobil almaq imkanı o qədər də yüksək deyil.
 
# 10978
avatar

Mehman Nəbiyev

Oxşar yazılar