
Güləş yığmamız dünya çempionatını lisenziyasız başa vurdu
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
APA-nın məlumatına görə, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə - 60, 77 və 130 kq-da mübarizəyə start verilib.
Bu çəkilərdə xalçaya çıxan Azərbaycan millisinin üzvləri mundialı vaxtından əvvəl başa vurublar. Taleh Məmmədov (60 kq) təsnifat mərhələsində bolqarıstanlı İva Angelova 0:4 hesabı ilə uduzub.
Elvin Mürsəliyev (77 kq) ilk görüşündə gürcü güləşçi Gela Bolkvadzeyə 8:0 hesabı ilə qalib gəlib. Ancaq daha sonra iranlı Məhəmmədəli Gerayi ilə bacarmayıb – 0:7.
130 kq-da çıxış edən Beka Kandelaki isə ilk mərhələdə belaruslu Pavel Rudakunu "tuşe" ilə üstələyib (4:0). O, 1/8 finalda almaniyalı Eduard Poppla görüşdə 7:0 hesabı ilə öndə olsa da, böyük üstünlüyü əldən verərək, 7:17 hesabı ilə yenilib. Hər 3 güləşçinin uduzduğu rəqib finala çıxmadığından təmsilçilərimiz təsəlliverici görüşlərdən də məhrum olublar.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması dünya çempionatında çıxışını başa vurub. Komandamız Olimpiya lisenziyalı mundialda nə medal, nə də Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edə bilməyib. Qeyri-olimpiya çəkilərində isə Rafiq Hüseynov (82 kq) ikinci, Eldəniz Əzizli (55 kq) üçüncü yeri tutub.
Digər güləşçilərimizdən Elman Muxtarov (63 kq), Rəsul Cunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) etimadı doğrultmayıb.
Qeyd edək ki, dünya çempionatında sabah qadın güləşçilərim mübarizəsinə start veriləcək.
Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39
24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51