Türkiyənin zabit və veteranları Azərbaycana gəlib
14 sentyabr 2019 19:16 (UTC +04:00)

Türkiyənin zabit və veteranları Azərbaycana gəlib

Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti Azərbaycanda gəlib.

 Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nümayəndə heyəti  DOST Agentliyində olub və nazir Sahil Babayevlə də görüşüblər.

Sahil Babayev bildirib ki, 2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün ölkə vətəndaşları bu xidmətlərlə əhatə olunacaq. 

Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən danışılıb, zəfər bayramının 101-ci ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.

Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə, veteranlarına dövlətin yüksək səviyyədə qayğısının şahidi olduqlarını bildiriblər. Onları yüksək qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.

 

 

# 520
avatar

Aygün İbrahimli

Oxşar yazılar