
Avtovağzalda sentyabrın 15-dən dəyişiklik OLACAQ
Dərs ilinin başlaması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK), xüsusilə Nəqliyyat Qovşağı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Lent.az-a BBAK-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəqliyyat Qovşağı nəqliyyat vasitələrinin ümumi gəliş nöqtəsidir və yay fəslinin sona çatması və yeni dərs ilinin başlaması səbəbilə regionlardan paytaxta səfər edənlərin sayı üstünlük təşkil edir. Gəncə, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Bərdə, Tərtər istiqamətlərindən paytaxta gələnlərin sayı daha çoxdur. Nəqliyyat Qovşağında gələn sərnişinlərin rahatlığının təmin olunması məqsədilə nəzarət gücləndirilib.
Həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərdən gələn sərnişinlər burada tam rahat şəkildə şəhər nəqliyyatından, taksi xidmətindən, eyni zamanda yaxınlarını qarşılamaq üçün gələnlər burada parkinq xidmətindən istifadə edə bilərlər.
Nəqliyyat Qovşağında rahat hərəkəti təmin etmək məqsədilə ərazidə istiqamətləndirici nişanların quraşdırılması işi də artıq yekunlaşıb.
Hazırda şəhərlərarası istiqamətlərə səfər edənlərin sayında azalma müşahidə olunur. Gün ərzində şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edənlərin sayı 7-8 min arasında dəyişir. Sentyabrın ilk 10 günü ərzində ümumilikdə 85 402 sərnişin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edib. Onlardan 75 204 sərnişin şəhərlərarası, 10 198 sərnişin isə beynəlxalq reyslərlə səfərini təmin edib.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38