<span style="color:red;">Nazir : "Biz yaradıcılığımızla bədnam qonşularımıza cavab verməliyik"
12 sentyabr 2019 17:32 (UTC +04:00)

Nazir: "Biz yaradıcılığımızla bədnam qonşularımıza cavab verməliyik"

"Bu gün mədəniyyət o sahədir ki, insanların yaşayış mühitinə təsir göstərir. İnformasiya texnologiyaları vasitəsilə bütün mahnılar, rəssamlıq nümunələri, digər əsərlər dünyaya açılır".
 
APA xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, bu məsələyə həssaslıqla yanaşılmalıdır: ‌"Qonşularla mübarizəmiz daha çox bu səpkidə gedir: "O gün olsun, bu mükafatları Cıdır düzündə təqdim edək. Biz hamımız dərk etməliyik ki, bizim gündəlik mübarizəmiz görünməyən cəbhədə gedir. Görünməyən mədəniyyət irsimiz, mətbəximiz, hər şeydir. Biz yaradıcılığımızla öz bədnam qonşularımıza cavab verməliyik. Biz elədiklərimizə hər dəqiqə deyirlər, "biz eləmişik, bizə aiddir". Nə vaxt hər hansı azərbaycanlı etmədiyi şeyi deyib ki, bunu biz etmişik? Tarixdə sizin adınız qalacaq, bu mədəniyyətə təcavüz edənlərin adı deyil".
 
Nazir bildirib ki, cəmiyyətimizdə yeni bir mühit formalaşdırılmalıdır: "Tarixi mirasımıza, mədəni sərvətlərə diqqətlə yanaşmalıyıq. Tarixi abidələri  qorumasaq, onlarla istədiyimiz kimi davransaq, zibilləsək, yandırsaq, sanki doğma əcdadlarımıza hörmətsizlik edəcəyik. Tarixi mirasımız olmasaydı, müasir memarlıq da olmayacaqdı".
# 707
avatar

Oxşar yazılar