Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılır
12 sentyabr 2019 17:12 (UTC +04:00)

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılır

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış alternativ qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 2019-cu il sentyabrın 15-dən oktyabrın 15-dək dayandırılacaq.
 
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla yanaşı sentyabrın 15-nə qədər qəbul edilən sorğuların icrası davam etdiriləcək.
 
Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46,173 müraciət daxil olub. Onlardan 42,196 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 3430 sorğu hazırda icra edilir, 547 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.
 
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri və regionlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.
 
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
 
Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.
# 657
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar