
Keçmiş məhkumun evindən külli miqdarda narkotik tapıldı
Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyi Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, nəticədə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Həsən Quliyev saxlanılaraq idarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 10,5 qram narkotik vasitə olan marixuana və 1,2 qram heroin aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Quliyevin şəhər ərazisindəki yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mehman Nəbiyev
Oxşar yazılar

Səfirliyin avtomobili qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52