
Azərbaycanda KİV-lərin reklam gəlirləri 3 dəfədən çox azalıb
Son 4 il ərzində Azərbaycanda kütləvi informasiya vasitələrində yayımlanan reklamdan gələn gəlirlərin həcmi 3 dəfədən çox azalıb.
2015-ci ildə KİV-lərdə yayımlanan reklamlardan gələn gəlirin miqdarı 25 969 100 manat, 2016-cı ildə 10 912 400 manat, 2017-cı ildə 4 684 800 manat olub.
Ötən il KİV-lərin reklamdan əldə etdiyi gəlirin miqdarı əvvəlki ilə nisbətən artsa da, bu məbləğ 2015-ci ilə nisbətən yenə də 3 dəfədən çox az olub. 2018-ci ildə KİV-lərdə yayımlanan reklamlara görə 7 747 200 manat gəlir əldə edilib.
Ümumilikdə, KİV-lərdə yayımlanan reklama görə gəlirin ən böyük payı televiziyaların payına düşür. Amma reklam yayımlanmasından gələn ümumi gəlir azaldığına görə televiziyaların da reklama görə əldə etdiyi gəlir məbləği azalıb.
2015-ci ildə televiziyada yayımlanan reklamdan 19 836 000 manat gəlir əldə edildiyi halda, 2018-ci ildə bu rəqəm 6 912 400-ə enib.
(Trend)
Oxşar yazılar

2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilmədi
1 iyul 2025 , 14:45
Azərbaycanda ucuz kondisioner bazarı – onları yataq otağına qoymayın
1 iyul 2025 , 14:09
Uşaqlı qadınlara əlavə məzuniyyət verilir? - CAVAB
1 iyul 2025 , 13:39
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
1 iyul 2025 , 13:24
Günəşdə yanmısınızsa, ağrını tez bir zamanda yüngülləşdirməyin 3 ÜSULU
1 iyul 2025 , 13:09
Leysan yağacaq, külək güclənəcək - Sabahın havası
1 iyul 2025 , 12:10
İyulun 1-nin ən xoşbəxt BÜRCÜ: Unudulmaz olacaq
1 iyul 2025 , 11:59
Əmi, bibi, xala, dayı uşaqları kəbin kəsdirə biləcəklər? - AÇIQLAMA
1 iyul 2025 , 11:29