MN: Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri tapşırıqları səhra şəraitində icra ediblər - VİDEO
05 sentyabr 2019 19:28 (UTC +04:00)

MN: Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri tapşırıqları səhra şəraitində icra ediblər - VİDEO

“Eternity - 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində icra ediblər.

Lent.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlimdə ssenariyə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətlər praktiki olaraq yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873

Oxşar yazılar