677
18:41
03 Sentyabr 2019

Rusiyada hicablı model reklama çəkildi: HAMI QARŞI ÇIXDI

Rusiyanın tanınmış geyim markalarından birinin reklam filmində hicablı qızı çəkməsi, ölkədə narazılıqla qarşılanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə hicablı modelin reklama çəkilməsini rusların əksəriyyəti sosial media hesabından pisləyiblər.

Rusiyanın adətlərinə uyğun olmadığını vurğulayan Rusiyanın bəzi vətəndaşları reklamın silinməsini tələb edib. Bəziləri isə reklam çəkən markaya qarşı sosial media üzərindən kampaniyaya başlayıblar. Onlar hamını markanı daha izləməməyə və oradan heç nə almamağa səsləyirlər.

Markanın yaradıcısı Vladimir Melnikov isə yaşananlardan sonra açıqlama verib. Rusiyada 30 milyona yaxın müsəlmanın yaşadığına diqqət çəkən Melnikov bildirib ki, Rusiya çoxmillətli dövlətdir və reklamda hicablı modelin çəkilməsinə səbəb markanın bütün insanlara xitab etməsini göstərmək olub.