764
16:29
03 Sentyabr 2019

Azərbaycanda payız fəsli bu saatdan başlayacaq

Bu il Azərbaycanda payız fəsli sentyabrın 23-ü saat 11:50-də başlayacaq.

Bu barədə Lent.az -a AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikaylov deyib.

O qeyd edib ki, həmin gün gecə-gündüz bərabərliyi baş verəcək: “Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək. Bununla da şimal yarımkürəsində payız fəsli başlayacaq”.

X.Mikayılov onu da bildirib ki, bu il qış fəsli ölkəmizə dekabrın 22-də saat 08:19-da daxil olacaq. Həmin tarixdə ən qısa gün, ən uzun gecə qeydə alınacaq.