ABŞ-da 1054 uçuş təxirə salınıb - SƏBƏB
02 sentyabr 2019 14:17 (UTC +04:00)

ABŞ-da 1054 uçuş təxirə salınıb - SƏBƏB

"Dorian" qasırğasının yaxınlaşması səbəbilə ABŞ-da 1054 uçuş təxirə salınıb.
 
APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, Floridada əksər uçuşlar ləvğ edilib.
 
Fort Lauderdale, Orlando və Palm Beach-də yerləşən hava limanlarında da uçuşların yarıdan çoxunun ləğv olunduğu bildirilib.
 
"Dorian" beşinci - ən təhlükəli kateqoriyaya qədər güclənib. Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə hal elan edilib. Corciya və Cənubi Karolinada 1,4 milyon insanın evakuasiya olunacağı bildirilib.
 
Qeyd edək ki "Dorian" bu mövsüm dördüncü qasırğadır. Əvvəlki üç qasığadan yalnız birində "Barry" qasırğası zamanı bir nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar