
Azərbaycanda hava kəskin pisləşəcək - XƏBƏRDARLIQ
Avqustun 31-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.
Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə avqustun 31-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı enib, şimşək çaxıb, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında: Astarada 58 mm (aylıq normanın 70 faizi), Yardımlıda 10 mm, Lerikdə 9 mm, Biləsuvarda 3 mm, Neftçalada 0.8 mm; Böyük Qafqazda: Oğuzda 6 mm, Qəbələdə 5 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 4 mm, Balakən, Zaqatala, Qırızda 3 mm, Xınalıq, Altıağac, Xaltanda 2 mm, Şəki, İsmayıllı, Mərəzə, Qubada 1 mm, Şabran, Qusar, Xaçmazda 0.0-0.7 mm; Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 10 mm (aylıq normanın 66 faizi), Tərtərdə 5 mm, Zərdabda 3 mm, Beyləqanda 2 mm, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Sabirabad, Salyan, Qazıməmməddə 0.4-0.7 mm; Qazax-Gəncə zonasında: Ağdamda 8 mm, Naftalan, Şəmkirdə 3 mm, Tovuzda 2 mm, Ceyrançöl, Gəncədə 1 mm; Kiçik Qafqazda: Göygöldə 7 mm, Daşkəsəndə 6 mm, Gədəbəydə 5 mm; Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 2 mm, Sədərək, Şahbuzda 1 mm, Şərur, Naxçıvanda 0.0-0.3 mm; Sumqayıt və Bakıda qısamüddətli yağış yağıb. Sentyabrın 1-i səhərədək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Sentyabrın 1-də gündüz yağıntıda fasilə proqnozlaşdırılır. Sentyabrın 2-dən 4-ü gündüzədək yenidən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48