
Ovçulara şad xəbər: işiniz daha "asan" olacaq
Avqustun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) mətbuat konfransı keçirilib.
APA xəbər verir ki, konfransda çıxış edən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan “ASAN xidmət”in təmin etdiyi məkanda fəaliyyət göstərəcək:
"Dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək. Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq".
Oxşar yazılar

Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29
107 illik xidmət: Gecə-gündüz keşikdə
2 iyul 2025 , 12:04
Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24
Azərbaycanda xarici media - YENİ TƏLƏBLƏR
2 iyul 2025 , 10:18