“Beryozka” Bakıda konsert verəcək
29 avqust 2019 09:35 (UTC +04:00)

“Beryozka” Bakıda konsert verəcək

Oktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycanda Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdinoy adına dünyaca məşhur, əfsanəvi “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti olacaq.

 

Mədəniyyət nazirliyindən Lent-az-a verilən məlumata görə, konsertdə “Beryozka” ansamblı tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək. Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

 

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

 

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

 

# 735
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar