Dünya musiqiçiləri Azərbaycana gəlir
28 avqust 2019 17:39 (UTC +04:00)

Dünya musiqiçiləri Azərbaycana gəlir

Bu il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 11-ci dəfə keçiriləcək. 

Mədəniyyət nazirliyindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək festivalda Türkiyə, ABŞ, İtaliya, Ukrayna, Rusiya, Çin, Özbəkistan, Belorus, Bolqarıstan, Gürcüstandan gəlmiş ifaçılar iştirak edəcəklər. Solistlər paytaxtın müxtəlif səhnələrində  Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcəklər.  2019-cu ilin Üzeyir festivalı həm müddətinə, həm proqramın zənginliyinə, həm də qonaqlarının çoxluğuna görə əvvəlkilərdən fərqlənir.

Qeyd edək ki, hələ Sovet dönəmindən  Maestro Niyazinin təşəbbüsü ilə hər il Üzeyir bəyin doğum günündə belə tədbirlər keçirilirdi. 1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 18 sentyabr  Milli Musiqi Günü kimi qeyd edilir. 2009-cu ildə dahi musiqiçiyə həsr olunmuş beynəlxalq festivalın əsası qoyuldu.

 

# 972
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar