
Bakı və Abşeronda rəqəmli radionun test yayımı başladı
Bakı və Abşeron yarımadasında Avropanın “DAB+” (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Bunu “APA-Economics”ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.
Qurumdan bildirilib ki, hazırda “DAB+” rəqəmli radionun əhatə dairəsinin ölçülməsi məqsədilə onun bütün texniki parametrləri Dövlət Radiotezliklər İdarəsinə təqdim olunub.
“Ölçülər aparıldıqdan sonra “DAB+”un əhatə dairəsi ilə bağlı dolğun məlumat almaq mümkün olacaq. İlkin yoxlamalara görə, Abşeron yarımadası tam əhatə olunub. Yeni radio standartın özəlliyi ondan ibarətdir ki, rəqəmli televiziyada olduğu kimi, “DAB+”da bir multipleksin üzərindən bir neçə radio kanalın yayımını təşkil etmək mümkündür”, - İstehsalat Birliyindən qeyd ediblər.
Qeyd edək ki, hazırda ölkədə DAB+ standartını dəstəkləyən radioların sayı olduqca azdır. Lakin bu texnologiyanın tətbiqindən sonra onların sayının gələcəkdə artacağı gözlənilir.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28