“Azəriqaz” qeyri-iş günlərində də xidmət göstərəcək
24 avqust 2019 10:45 (UTC +04:00)

“Azəriqaz” qeyri-iş günlərində də xidmət göstərəcək

 
 
Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb.
 
İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, artan abonent müraciətlərini operativ cavablandırmaq üçün birliyin kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. 
 
Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar