Bu telekanalda kütləvi ixtisarlar başladı
20 avqust 2019 16:12 (UTC +04:00)

Bu telekanalda kütləvi ixtisarlar başladı

Gürcüstanın müxalif "Rustavi 2" telekanalında kütləvi ixtisarlara başlanıb.
 
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə kanalın baş direktoru Paata Salia keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, işdən çıxarmalara səbəb maraqların uyğun gəlməmisidir. Baş direktor məzuniyyət bitdikdən  sonra yeni ixtisarların olacağını da istisna etməyib.
 
İşdən çıxarılanlar arasında Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədərək 3 ay müddətinə efirdən uzaqlaşdırılma cəzası alan "Postspektrum" verilişinin aparıcısı Giorgi Qabunia da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116

Oxşar yazılar