Azərbaycanda demoqrafik inkişafın regional problemləri araşdırılır
15 avqust 2019 11:05 (UTC +04:00)

Azərbaycanda demoqrafik inkişafın regional problemləri araşdırılır

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda demoqrafik inkişafın regional problemləri üzrə araşdırma aparılır.

İnstitutdan Lent.az-a verilən məlumata görə, tədqiqatlara əsasən, regional demoqrafik inkişafın davamlılığını müəyyənləşdirən amillər təhlil edilib, əhalinin artım tempinə görə regionların müqayisəsi aparılıb, onların davamlı demoqrafik inkişaf potensialı qiymətləndirilib, ölkə ərazisində məskunlaşma baxımından yüksək əlverişli olmayan ərazilər qeydə alınıb.

Bundan başqa, Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilib.

 

 

 

 

# 464
avatar

Aygün İbrahimli

Oxşar yazılar