Tramp Çin liderinə "şəxsən görüş" təklif edib
15 avqust 2019 07:47 (UTC +04:00)

Tramp Çin liderinə "şəxsən görüş" təklif edib

 

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Si Tsinpinə görüşməyi təklif edib.

APA xəbər verir ki, o bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

Tramp qeyd edib ki, Çinin rəhbərini yaxşı tanıyır və onu böyük, xalqına hörmət edən lider hesab edir.

“Şübhə etmirəm ki, prezident Si Honkonq problemini tez və insani yollarla həll etmək istəyəcək, o bunu bacaracaq”, - deyə amerikalı lider yazıb.

Paylaşımının sonunda Tramp “şəxsən görüş” yazaraq Si Tsinpinə görüşməyi təklif edib.

# 510
avatar

Oxşar yazılar