Bu da 2 kameralı eynək - 3D foto və videolar çəkir - VİDEO
Məşhur Sanpchat messencerinin sahibi olan Snap şirkəti foto və video çəkilişi özəlliklərini özündə birləşdirən Spectacles eynəklərinin 3-cü versiyasını anons etdi.
Lent.az "technote"a istinadən xəbər verir ki, 3-cü versiyanın əsas özəlliyi ondan ibarətdir ki, o, 2 kameraya sahibdir. Onların vasitəsilə istifadəçilər sosial şəbəkələr üçün 3D foto və videolar çəkə bilərlər.
Spectacles 3 eynəyi HD formatlı iki kamera moduluna sahib klassik gün eynəyidir. Eynəyin gövdəsində olan xüsusi düyməyə klik edərək 1642x1642 piksel keyfiyyətli fotolar və 1216x1216 piksel keyfiyyətli 60 saniyəlik videolar çəkmək olar. Eynək 4 GB daxili yaddaş həcminə sahibdir. Şirkətin verdiyi məlumata əsasən 100 ədəd video ilə 1200 ədəd fotonun çəkilməsi üçün 4 GB daxili yaddaş bəs edir.
Eynəyin bir dəfə şarj olunmasından sonra onun vasitəsilə 70 ədəd video və 200-dən çox foto çəkmək olar. Eynəyin komplektində həmçinin powerbank funksiyasına sahib xüsusi keys də var. Eynək vasitəsilə çəkilmiş kontent isə mobil tətbiq vasitəsilə smartfona ötürülür və daha sonra həmin kontenti Snapchat-a yerləşdirmək olar. Bununla yanaşı Spectacles 3-ə aid unikal 3D effektlər də dəstəklənir. Spectacles 3 bu ilin noyabr ayında 380$ qiymətində satışa çıxacaq.
Oxşar yazılar

Antibiotiklərə erkən məruz qalma körpələrin immun sistemini zəiflədir
15 iyul 2025 , 05:08
Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25