
Bu şirkət 400 mindən çox avtomobili geri çağırır
Koreya Respublikasının avtomobil istehsalçısı “Hyundai” Çin bazarında satdığı 400 min 377 avtomobili geri çağırır.
Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası xəbər verir ki, buna səbəb həmin avtomobillərin aşağı temperatur şəraitində dayanmadan idarə olunarkən yağ səviyyəsinin yüksəlməsi və bunun da mühərrik nasazlığının indikator lampalarının işıqlanmasına, hətta mühərrikin zədələnməsinə gətirib çıxarması ehtimalıdır.
Avqustun 17-dən başlanacaq proses çərçivəsində 2015-2018-ci illərdə istehsal olunan “Tucson” modelli avtomobillər geri çağırılacaq. İstehsalçı şirkət nasaz detalları öz hesabına dəyişəcək.
(AZƏRTAC)
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22