
“Bney Yehuda” – “Neftçi” matçının hakimləri açıqlandı
İsraildə “Bney Yehuda” və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb.
Avqustun 15-də Petah Tikva şəhərində baş tutacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.
Oyunun baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.
Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.
(AZƏRTAC)
Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39
24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51