
Fikirləri səsləndirən cihaz hazırlandı - VİDEO
Massaçusets Texnologiya İnstitutunun əməkdaşı 24 yaşlı Arnav Kapurun yeni hazırladığı “AlterEgo” cihazı insanın daxili dialoqunu qeydə ala bilər.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, sözügedən texnologiya beyin tərəfindən göndərilmiş neyro-əzələ siqnallarını aşkar edən datçiklər sistemindən ibarətdir.
İstifadəçi səssiz şəkildə öz-özü ilə danışdıqda, yaxud düşünərkən qeydə alınmış siqnalları süni intellekt sözə çevirir. İstifadəçi qulaqlıq vasitəsilə süni intellektin cavablarını eşidir. Beləliklə, istənilən insan səssiz şəkildə siqnalları “ağıllı” qurğulara ötürə və ya digər komandalar verə bilər.
"Nitq qüsurlu bir çox insan başqa insanlarla ünsiyyət saxlamaq imkanından məhrumdur – Massaçusets Texnologiya İnstitutunun texniki elmlər namizədi Kapur bildirib. “AlterEgo” cihazı həmin insanların danışmaq qabiliyyətini bərpa edə bilər".
Tədqiqat məlumatına görə, sözügedən sistemin dəqiqliyi təxminən 92% təşkil edir.
Oxşar yazılar

"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39